“Səbail” klubu iranlı futbolçunu heyətinə qatıb
Bakının “Səbail” futbol klubu növbəti transferini reallaşdırıb.

Bakı təmsilçisi iranlı futbolçu Peyman Keşavarzini heyətinə qatıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq İranın “Qostareş Fulad” komandasında forma geyinən müdafiəçi əvvəllər “Traktor Sazi”, “Maşınsazi” və “İstiqlal” klublarında çıxış edib. Keşavarzi ötən il “Sumqayıt”da olsa da, komandadan debüt etmədən ayrılıb.

Xəbər 713 dəfə oxundu.