Ölkə çempionundan daha 2 transfer
Qadınlardan ibarət “Rabitə” voleybol klubu daha 2 oyunçunu transfer edib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bunlar Yekaterina Zakrevskaya və Aleksandra Fominadır.

Hər ikisi milli komanda üzvü olan voleybolçular qarşıdakı mövsümdə “Rabitə”nin şərəfini qoruyacaq. Belarus yığmasının oyunçusu olan Yekaterinanın son klubu Rumıniya təmsilçisi “Tomis” olub. Təcrübəli Fomina isə Ukrayna yığmasının liberosu olub. O, bu yaxınlaradək Fransanın məşhur “Kann” klubunda oynayıb.

Xəbər 1112 dəfə oxundu.