Rauf Məmmədov Veyk-an Zeedə növbəti partiyanı Jorden Van Foreestə qarşı keçirəcək
Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində onuncu turun oyunları keçiriləcək.

Turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov növbəti turda yerli idmançı Jorden Van Foreestlə mübarizə aparacaq.

Doqquz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var.

Xəbər 638 dəfə oxundu.