Qadın paracüdoçularımızın Batumidə təlim-məşq toplanışı başlayıb
Yanvarın 22-də Batumidə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) cüdo idman növü üzrə qadınlardan ibarət milli komandasının təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesinə baş məşqçi Ramin İbrahimovun rəhbərliyi altında 15 paracüdoçu qatılıb.

Təlim-məşq toplanışına yanvarın 29-da yekun vurulacaq.

Xəbər 901 dəfə oxundu.