Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşıb
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan Azərbaycan millisi yanvarın 21-də yoldaşlıq oyunu keçirib.

Bakı İdman Sarayında Özbəkistan futzalçıları ilə qarşılaşan komandamız məğlub olub – 2:3. Millimizin heyətində Oliveira Da Nascimento “Vassora” və Eşagh Soorghali fərqlənib.

Komandalar arasında növbəti oyun yanvarın 22-də saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.

Xəbər 695 dəfə oxundu.