“Zirə” klubu Serbiyanın “Napredak” komandasının qapısından iki cavabsız top keçirib
Antalyada təlim-məşq toplanışında olan “Zirə” klubu yanvarın 21-də növbəti yoxlama oyununu keçirib.

Zaur Həşimovun yetirmələri Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 16:00-da start götürən matçda Bakı təmsilçisi rəqib qapısından iki cavabsız top keçirib. Paytaxt təmsilçisinin qollarını Riçard Qadze və David Volkov vurublar.

Qeyd edək ki, ilk matçında Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə məğlub olan “Zirə” ikinci oyununda Rumıniyanın “Sepsi” komandasına qalib gəlib - 2:0.

Xəbər 583 dəfə oxundu.