20 Yanvar şəhidlərinin xatirəsinə ciu-citsu üzrə Bakı turniri keçirilib | |
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə yeniyetmələr və gənclər arasında ciu-citsu idman növü üzrə Bakı turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 9 klubdan 150 idmançı qatılıb. Turnirin qalibləri Baş İdarə və federasiya tərəfindən mükafatlandırılıblar. |
|
Xəbər 821 dəfə oxundu. |
|
|