“Gəmiqayıranlar” Avstriyaya yollanır
“Xəzər Lənkəran” UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına hazırlıq məqsədilə bu gün Avstriyaya yollanır. İdman.com.az saytının məlumatına görə, cənubluların hazırlıq prosesinin iki mərhələdə keçirilməsi nəzərdə tutulur.

Təlim məşqin birinci mərhələsi Kirxdorf ərazisində "Syuald" otelində baş tutacaq və iyun 5-dən 16-dək davam edəcək.

İyunun 16-dan 29-dək keçiriəcək ikinci mərhələ zamanı isə komanda Avstriyanın digər bölgəsi - Şeffauda "Kayzer" mehmanxanasında məskunlaşacaq. Təlim-məşq toplanışı zamanı bir neçə yoxlama oyununun keçirilməsi və potensial yeni futbolçuların baxışı planlaşdırılır.

Xəbər 925 dəfə oxundu.