Rusiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsində millimizlə bir qrupda yer alan Rusiya yığması təlim-məşq toplanışına başlayıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Moskvada bir araya gələn rəqibimiz Xorvatiyaya yanvarın 28-də yollanacaq. Baş məşqçi Sergey Skoroviç qapıçılar - Georgi Zamtaradze, Albert Çayder (hər ikisi KPRF), Dmitri Putilov (“Sinara”), oyunçular - Danil Davıdov, Nikolay Şesterov, Andrey Afanasev (hamısı “Qazprom-Yuqra”), Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov (hamısı KPRF), İvan Milovanov, Sergey Abramoviç, Artem Antoşkin (hamısı “Tümen”), Ruslan Kudziev, Rişat Kotlyarov (hər ikisi “Nikel”), Sergey Abramov (“Sinara”), Robino (“Benfika”, Portuqaliya) və Eder Limaya (“Korintians”, Braziliya) dəvət göndərib.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Xəbər 686 dəfə oxundu.