“Sabah”–“Spartak-2” matçının vaxtı bəlli olub
Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol komandası yanvarın 22-də hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.

Bakı təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 673 dəfə oxundu.