“Neftçi” klubu ikinci yoxlama oyununu keçirib
Yanvarın 20-də “Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

Komandamız "Gloria Sports Arena”da Ukraynanın "Dinamo Kiyev” klubu ilə qarşılaşıb. Oyundan əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və futbolçularımız meydana qara sarğı ilə çıxıblar. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Rəqibin heyətində Vitali Mikolenko (12-ci dəqiqə) və Nazari Rusin (19-cu dəqiqə), komandamızdan isə Vanqelis Platellas (69-cu dəqiqə) fərqlənib.

Qeyd edək ki, "Neftçi” sonuncu sınaq matçını yanvarın 24-ü "Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu "Desna”ya qarşı keçirəcək.

Xəbər 686 dəfə oxundu.