Azad Rəhimov İngiltərənin bir neçə lordu ilə görüşüb
Bu gün gənclər və idman naziri Azad Rəhimov İngiltərəli ali qonaqlar - lord Şeyx Məhəmməd, Lord Patel, Lord Risby və Lord Dykeslə görüş keçirib. İdman.com.az saytının məlumatına görə, toplantıda Dövlət Neft Şirkətinin vitse prezidenti Rəfiqə Hüseynzadə və Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya oyunlarına hazırlıq barədə danışıldı.

Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr üçün İngiltərə parlamentində bir sıra görüşlərin keçirilməsi, onların bir araya gəlmələri, İngiltərədə Azərbaycanın gününün keçirilməsi kimi təkliflər irəli sürüldü.

Bununla yanaşı, hər iki ölkənin idmançılarının təcrübə mübadiləsi keçməsi fikri də təklif edildi.

Xəbər 1349 dəfə oxundu.