Azərbaycanın yeniyetmə qılıncoynadanı Almaniyada keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış edib
Azərbaycanın 14 yaşlı qılıncoynadanı Zərifə Hüseynova Almaniyanın Münhen şəhərində keçirilən 15 və 17 yaşadək kateqoriyalı açıq turnirlərin qalibi olub.

Z.Hüseynova ilk olaraq 15 yaşadək sablyaçıların yarışında 18 iştirakçı arasında birinci olub. Sablyaçımız müvafiq kateqoriya üzrə 3 görüş keçirib. İlk görüşündə Lina Baueri (Almaniya) 15:6 hesabı ilə məğlub edən idmançımız ardınca digər Almaniya təmsilçisi Jozefin Koberi 15:4 hesabı ilə üstələyib. Yeniyetmə idmançımız həlledici görüşdə Tereza Landsleytnerə (Almaniya) 15:9 hesabı ilə qalib gəlib.

Z.Hüseynova eyni uğuru 17 yaşadək sablyaçıların yarışında da təkrarlayıb. Mübarizəyə dörddəbir finaldan qoşulan idmançımız ilk görüşündə Almaniya təmsilçisi Ruz Seyqneri 15:4 hesabı ilə məğlub edib. Sablyaçımız yarımfinalda Çex Respublikası idmançısı Kristina Bursikovaya aşkar üstünlüklə (15:2) qalib gəlib. Finalda təmsilçimizin rəqibi digər çexiyalı sablyaçı Kristina Drahoradova olub. Görüş sablyaçımızın 15:9 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər 914 dəfə oxundu.