İki futbolçu millimizin heyətindən kənarlaşdırılıb
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Xəbər 687 dəfə oxundu.