Del Pyero hamıya «yox» deyir
«Yuventus»un artıq özünə lazım bilmədiyi əfsanəsi Alessandro Del Pyero üçün təkliflər ard-arda gəlir. Doğrudur, bu təkliflər əsasən səviyyəcə daha aşağı klublardandır. İdman.com.az saytının məlumatına görə, veteran futbolçu da belə təkliflərə bir-birinin ardınca yox deyir.

İyunun sonunda sərbəst agent olacaq hücumçu ispan «Malaqa»sına yox deyib. Rədd cavabı alan digər klub Kanadanın «Monreal İmpekt»idi. Del Pyeronun karyerasını davam etmə variantı kimi ABŞ MLS-nin iki komandası görünür. Bunlardan biri «Los Anceles Qelaksi», digəri «Nyu York red Bulls»dur.

Xəbər 952 dəfə oxundu.