Binəqədi rayonunda məktəblilər arasında futbol turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evinin stadionunda rayon orta ümumtəhsil məktəbləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Yarışın nəticəsinə görə, 244 nömrəli tam orta məktəbin komandası birinci, 83 nömrəli məktəb-liseyin komandası ikinci, 3 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutublar.

Xəbər 787 dəfə oxundu.