Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib
Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib.

Seminarda respublikanın bütün regionlarından 100-dən artıq məşqçi, idmançı və hakimlər iştirak ediblər. Alpaqut döyüş sənətinin qurucusu kutsan Vasif Namazov tərəfindən keçirilən seminar alpaqut idman növündə nizam qaydaları, təlim metodunda əsas prinsiplər, yarış qaydalarında vacib məqamlar, terminaloji dəyişikliklər, təlimatçıların inkişaf metodlarına həsr olunub. Seminarın təşkilində əsas məqsəd türksoylu xalqların qədim döyüş mədəniyyətinin öyrənilməsi, ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin, məşqçilərin və hakimlərin peşə bacarıqlarının artırılması olub.

Seminar iştirakçılarına sonda sertifikatlar təqdim edilib.

Xəbər 707 dəfə oxundu.