“Qarabağ” klubu ilk yoxlama oyununda Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu yanvarın 18-də ilk yoxlama oyununu keçirəcək.

Qurban Qurbanovun yetirmələri Rumıniyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşacaqlar. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Ağdam klubu təlim-məşq toplanışı çərçivəsində daha üç oyun keçirəcək. Komanda Qazaxıstanın “Jetisu”, Çexiyanın “Siqma” və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

Xəbər 717 dəfə oxundu.