“Səbail” klubu Ukraynanın “Olimpik” komandası ilə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu ikinci yoxlama oyununu yanvarın 18-də Ukraynanın “Olimpik” komandasına qarşı keçirəcək.

“Miracle Resort Otel”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), dörd gün sonra isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.

Xəbər 702 dəfə oxundu.