Azərbaycanın triatlon üzrə yığma komandası Kiprdə təlim-məşq toplanışında iştirak edir
Azərbaycanın triatlon üzrə yığma komandası Kiprdə təlim-məşq toplanışında iştirak edir.

Rostislav Pevtsov və Kseniya Levkovskaya komandanın baş məşqçisi Sergey Yatsenkonun rəhbərliyi ilə Larnakda məşq edirlər.

İdmançılar Olimpiadaya seçmə turniri statusuna malik reytinqli turnirlərə hazırlaşırlar.

Xəbər 636 dəfə oxundu.