Gündüz Abbaszadə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri oldu
İdman verilişləri üzrə tanınmış televiziya aparıcısı Gündüz Abbaszadə “Neftçi” klubunda yeni vəzifəyə təyin olunub. İdman.com.az saytının məlumatına görə, ANS TV-dən idmansevərlərin yaxşı tanıdığı G.Abbaszadə televiziyadan ayrılandan sonra bir müddət idi ki, “Neftçi” dərgisinin baş redaktoru vəzifəsində çalışırdı. Bu günlərdə isə, həmkarımızı sözü gedən klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunub. Qeyd edək ki, həmin vəzifəni ondan öncə Elnur Əşrəfoğlu icra edirdi.

Xəbər 1186 dəfə oxundu.