“Ulduz” futzal komandası Çempionlar Liqasında mübarizə aparacaq
İtaliyanın Viqevano şəhərində eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçiriləcək.

Yanvarın 21-dən 25-dək keçiriləcək turnirdə ölkəmizi eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası təmsil edəcək. Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq.

“Ulduz” komandası yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada” komandaları ilə üz-üzə gələcək. Təmsilçilərimiz yanvarın 22-də saat 14:00-da “Potenza” komandası ilə qarşılaşacaq. Həmin gün səkkizdəbir, ertəsi gün dörddəbir, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək. Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.

Xəbər 701 dəfə oxundu.