Yeniyetmələr arasında atletika üzrə Bakı çempionatı təşkil olunacaq
Yanvarın 17-18-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında Bakı birinciliyi keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 10 komandadan 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Xəbər 934 dəfə oxundu.