Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
“Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 17-19-da uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turniri keçiriləcək.

Bakı İdman Sarayında təşkil ediləcək və sayca 5-ci olacaq açıq beynəlxalq turnirdə 900-dək idmançı iştirak edəcək.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Mərakeş və Omandan olan idmançılar da mübarizə aparacaqlar.

Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarına qatılacaqlar. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim də idarə edəcək.

Turnirin açılış mərasimi yanvarın 18-də keçiriləcək.

Xəbər 711 dəfə oxundu.