Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək
Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək.

Azsport.az MOK-a istinadla xəbər verir ki, Milli Olimpiya Komitələrinin Assosiasiyasının (ANOK) baş qərargahında keçiriləcək bu iclasda Avropa idman modeli, “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.

Qeyd edək ki, komissiyanın üzvlərinə Belarus, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosovo, Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.

Xəbər 1092 dəfə oxundu.