Bakıda 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə sərbəst güləş üzrə turnir keçirilir
Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə sərbəst güləş üzrə turnir keçirilir.

Yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparırlar. 23-cü dəfə təşkil olunan ənənəvi turnirdə pəhləvanlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvələrini sınayırlar.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə reallaşan Memorialın keçirilməsində məqsəd Müşfiq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir.

Xəbər 670 dəfə oxundu.