“Sabah” klubu Antalyada Rumıniya klubu ilə qarşılaşacaq | |
Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək. Komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da Belekdəki “Titanik Mardan” stadionunda başlayacaq. Qarşılaşma “Sabah” futbol klubunun “YouTube” kanalı ilə canlı yayımlanacaq. Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib. |
|
Xəbər 762 dəfə oxundu. |
|
|