Azərbaycan futbolçusu karyerasını Belarusda davam etdirə bilər
Azərbaycan futbolçusu Amit Quluzadə karyerasını Belarusda davam etdirə bilər.

Yarımmüdafiəçi Belarusun “Slutsk” komandasından təklif alıb. Daha əvvəl Albaniyanın “Byulis” klubu da futbolçumuzu heyətinə qatmaq istəyirdi.

A.Quluzadənin Belarus klubundan aldığı təklifi dəyərləndirəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçu Azərbaycan millisinin heyətində 3 oyun keçirib.

Xəbər 595 dəfə oxundu.