Azərbaycan əsilli idmançı Latviyada çempion olub
Latviyanın paytaxtı Riqa şəhərində cüdo üzrə çempionat start götürüb. Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov yarışda çempion olub.

Kişilər arasında 73 kiloqram çəkidə mübarizə aparan Latviya vətəndaşı, Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb və qızıl medala layiq görülüb.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov idmançını qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər 700 dəfə oxundu.