Rauf Məmmədov Veyk-an Zeedə daha bir heç-heçəyə imza atıb | |
Yanvarın 14-də Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) dördüncü turunun oyunları keçirilib. Turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda Ukrayna təmsilçisi Pavel Eltanovla heç-heçə edib. Qeyd edək ki, şahmatçımızın 3-cü turda yarışın favoriti, ispaniyalı Anton Guijarla oyununda da bərabərlik qeydə alınmışdı. Təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal qazanıb. O, bu göstərici ilə 2 və 5-ci yerləri bölüşür. |
|
Xəbər 675 dəfə oxundu. |
|
|