Azərbaycanın cüdo mütəxəssisləri Qətərdə beynəlxalq seminarda iştirak ediblər
Qətərin paytaxtı Dohada Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün seminar keçirilib.

Beynəlxalq Cüdo Federasiyasının rəsmilərinin də iştirak etdikləri seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub. Tədbirdə yeni qaydaların tətbiqi əyani şəkildə göstərilib və bu barədə müzakirələr aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və yeniyetmələrdən ibarət milli komandanın məşqçisi Zaur Babayev iştirak ediblər.

Xəbər 708 dəfə oxundu.