Cüdoçularımız Avstriyada təlim-məşq toplanışını davam etdirirlər
Cüdo üzrə Azərbaycan milli komandaları Avstriyada təlim-məşq toplanışını davam etdirirlər.

Mittersill şəhərində keçirilən hazırlıq prosesində əsas milli komanda, qadınlar və paralimpiya komandamız iştirak edirlər.

Hər il ənənəvi baş tutan Avstriya toplanışa dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları qatılırlar. Dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlaşır. Təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.

Qeyd edək ki, yığma komandamız yanvarın 23-25-də İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Qran-Pri turnirində iştirak edəcək.

Xəbər 687 dəfə oxundu.