“Qalatasaray”dan ev sahibinə ehtiram
Türkiyənin “Qalatasaray” futbol klubunun 15 yaşlılardan ibarət komandası “Qəbələ Kuboku-2012” beynəlxalq turnirinin qalibi olub. İdman.com.az saytının məlumatına görə, “sarı-qırmızılar” finalda Serbiya yığmasını məğlub ediblər.

“Cim-Bom” Qəbələ şəhər stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyinin qarşılığı olaraq, oyundan sonra onlara təşəkkür edib. Türkiyəli futbolçular mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıblar.

Təltifetmə mərasimində əvvəlcə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ardından komandalar medallar və xatirə hədiyyələri alıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər.

“Qalatasaray”a kuboku isə “Qəbələ”nin prezidenti Tale Heydərov təqdim edib.

Xəbər 1049 dəfə oxundu.