“Qarabağ”ın qapıçısı “Milan”a transfer olunub
Ağdamın “Qarabağ” klubunda icarə əsasında çıxış edən qapıçı - Asmir Beqoviç İtaliyanın “Milan” klubuna transfer olunub.

32 yaşlı Bosniya və herseqovinalı qapıçı “Milan” klubunda cari mövsümün sonuna kimi çıxış edəcək.

Asmir “Qarabağ”da mövsümün ilk yarısında forma geyinib. Onun “Bornmut”la müqaviləsi 2021-ci ilin iyun ayınadəkdir.

Beqoviçin yanvarın 15-də İtaliya kubokunda SPAL klubuna qarşı keçirəcəyi oyunda debütü gözlənilir.

Qeyd edək ki, A.Beqoviç “Çelsi” və “Bornmunt”, “Stok Siti” və bir neçə tanınmış klubların formasını geyinib.

Xəbər 684 dəfə oxundu.