Macarıstanda sumo üzrə Avropa kuboku turnirinə start verilib
Yanvarın 11-də Macarıstanın Erd şəhərində sumo üzrə Avropa kuboku turnirinə start verilib.

Qitə kubokunda Azərbaycanı 12 idmançı təmsil edir. Komandamız yarışlarda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, turnirdə 2 hakimimiz ədaləti qoruyur. Yarışa yanvarın 12-də yekun vurulacaq.

Xəbər 657 dəfə oxundu.