“Qarabağ” hansı futbolçuları klubda saxladı?
“Qarabağ” hazırda istirahətdə olsa da, transfer çalışmaları davam edir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Ansi Aqolli və Admir Telinin ardından daha 5 futbolçu ilə müqaviləni yeniləyib.

Belə ki, Zaur Həşimov, Emin İmaməliyev, İlqar Qurbanov, Kamil Hüseynov və Tural İsgəndərov növbəti mövsümdə də “Qarabağ”ın uğurları üçün tər tökəcəklər. 2008-ci ilin yanvar və avqustunda “Qarabağ”a gələn Zaur və Emin, eyni zamanda 1,5 ildir komandanın şərəfini qoruyan İlqar Qurbanovla 1 il, Ağdam təmsilçisinin heyətində 3 ilini arxada qoyan Tural İsgəndərov və klubun yetirməsi Kamil Hüseynovla 3 illik müqavilə imzalanıb.

Xəbər 1004 dəfə oxundu.