Bu gün Fuad Cəfərov memorialının rapid yarışları keçiriləcək
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən memorialın rapid yarışları keçiriləcək.

Yarışda 50 şahmatçı iştirak edəcək.
Qeyd edək ki, memorial çərçivəsində artıq blits, uşaq turnirləri, eləcə də A (qrossmeyster və beynəlxalq usta) və B (Open) qruplarında oyunlar başa çatıb. Blits yarışında 12,5 xalla İran, A qrupunda 17,5 xalla “Sofiya” komandaları qalib olublar. Tunar Davudov B qrupunda 7 xalla fərqlənib.

Uşaq turnirində isə 12 yaşlılar arasında Azərbaycan şahmatçıları Tunar Davudov oğlanlar (7 xal), Ayan Hüseynli qızlar (5 xal), 9 yaşlılarda Murad Xəlilzadə oğlanlar (6 xal), Dinarə Hüseynova qızlar (4 xal) arasında qalib olublar.

Memorialda Azərbaycan ilə yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 250 şahmatçı mübarizə aparır.
Xatirə turnirinə bu gün yekun vurulacaq.

Xəbər 664 dəfə oxundu.