Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatına start verilib
Yanvarın 10-da Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatına start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayırlar.

Çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bu yarışlar yanvarın 24-25-də keçiriləcək atletika üzrə Azərbaycan çempionatına hazırlıq xarakteri daşıyır. Bakı çempionatına yanvarın 11-də yekun vurulacaq.

Xəbər 908 dəfə oxundu.