Azərbaycan nümayəndə heyəti “Lozanna 2020”nin təntənəli açılış mərasimində iştirak edib
İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Azsport.az Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) saytına istinadla xəbər verir ki, açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Yeniyetmələrin Qış Olimpiya Oyunlarına ilk dəfə qatılan Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcək. Y.Ryabova yanvarın 11-də və 13-də mübarizə aparacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov daxildir.

Yarış yanvarın 22-dək davam edəcək.

Xəbər 1083 dəfə oxundu.