Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib.

Birinci dövrənin növbəti matçı yanvarın 10-da təşkil olunacaq. Həmin gün saat 17:00-da “MOİK” “Murov”u sınağa çəkəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Ertəsi gün “Neftçi” “Express”lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək.

Qeyd edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, “MOİK” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.


Xəbər 701 dəfə oxundu.