“Bakı”nın 3 mərhələli hazırlığı
“Bakı” klubunun yeni mövsümə hazırlıq proqramı məlum olub. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü Azərbaycan Kubokunu qazanmaqla yüksək notlarla başa vuran komanda gələn həftədən etibarən bir araya gəlir.

Belə ki, təlim-məşq toplanışı iyunun 5-də start götürəcək. Həmin gündən “Bakı” Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək.

İlkin mərhələdə 1 həftə ərzində paytaxtda məşqlər keçəcək komanda Qəbələyə yollanacaq və iyunun 16-na qədər burada məşq edəcək.

Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. Komanda iyunun 18-29-da məşq etməklə bərabər, 3 yoldaşlıq oyunu keçirəcək.

Üçüncü mərhələ UEFA Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici faktor kimi qəbul olunacaq.

Xəbər 1116 dəfə oxundu.