2022-ci ildə gənclər arasında Yay Olimpiya Oyunları payızda keçiriləcək
2022-ci ildə gənclər arasında Yay Olimpiya Oyunlarının təşkilatçıları bu yarışların payızda keçirilməsini qərara alıblar.

Yarışlar oktyabrın 22-də başlanacaq və noyabrın 9-da başa çatacaq. Olimpiadanın keçiriləcəyi yer dəyişmir: Oyunlar Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Gənclər arasında Yay Olimpiya Oyunlarının vaxtının dəyişdirilməsi iştirakçıların əksəriyyətinin dərs məşğələlərin cədvəli və Afrikada iqlim şəraiti ilə bağlıdır. Oyunlar payızda keçiriləcəyi halda idmançıların çoxu dərs məşğələlərini yarışlarla uzlaşdıra biləcəklər. İlin bu fəslində Seneqalda yağıntıların az olması da əlverişli amildir.

Xatırladaq ki, Dakarda keçiriləcək Oyunlar Afrika qitəsində ilk Olimpiada olacaq.

Seneqal 2022-ci ildə gənclər arasında Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə yeganə namizəd olub.

Xəbər 728 dəfə oxundu.