Azərbaycan İdman Jurnalistləri Federasiyası yarandı
Ölkəmizdə yeni jurnalist qurumu – Azərbaycan İdman Jurnalistləri Federasiyası yaradılıb. Təsisçi “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdir.

Qurum Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Sabah saat 15:00-da KİV milli olimpiya komitəsində bir araya gələcək.

Sonrakı mərhələdə təşkilata baş katib, vitse-prezidentlər və icraiyyə komitəsinin üzvləri seçiləcək. İcraiyyə Komitəsində Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyindən də nümayəndə olacaq.


Xəbər 744 dəfə oxundu.