Afrika Futbol Konfederasiyası ötən ilin rəmzi komandasının heyətini açıqlayıb
Afrika Futbol Konfederasiyası 2019-cu ilin rəmzi komandasının heyətini açıqlayıb.

Siyahıda səkkiz fərqli klubun futbolçusu yer alıb.

Rəmzi heyətdə qapıçı Andre Onana (“Ayaks”), müdafiəçilər Əşrəf Hakimi (“Borussiya Dortmund”), Kalidou Kulibali (“Napoli”), Joel Matip (“Liverpul”), Serge Aurier (“Tottenham”) daxil ediliblər. Yarımmüdafiəçilərdən Riyad Mahrez (“Mançester Siti”), Hakim Ziyeç (“Ayaks”), İdrissa Geye (“Paris Sen-Jermen”), hücumçulardan isə Sadio Mane, Məhəmməd Salah (“Liverpul”) və Pyer-Emerik Obameyanqın (“Arsenal”) adları siyahıya salınıblar.

Ötən il Afrikanın ən yaxşı futbolçusu “Liverpul” klubunun hücumçusu Sadio Mane olub.

AZƏRTAC

Xəbər 718 dəfə oxundu.