“Neftçi” komandası xatirə turnirində iştirak edəcək
“Neftçi” futbol klubunun U-10 komandası veteran futbolçu, SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi, Əməkdar idman ustası Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək.

Azsport.az kluba istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü futbolçular arasında yanvarın 9-dan 12-dək “Amasiya” İdman Kompleksində keçiriləcək yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.

“Neftçi” yanvarın 9-da “Amasiya”, ertəsi gün ROFM, ayın 11-də isə “İrani Ərdəbil” (İran) komandaları ilə qarşılaşacaq. Yanvarın 12-də qrupda birinci yeri tutan komandalar final, ikinci yerin sahibləri isə 3-cü yer uğrunda oyuna çıxacaqlar.


Xəbər 831 dəfə oxundu.