Qəbələ Futbol Akademiyasına psixoloq dəvət ediləcək
Gələn ildən etibarın Qəbələ Futbol Klubunun Akademiyasında psixoloq çalışacaq. İdman.com.az saytı xəbər verir, bu məlumatı apasport.az-a komandanın baş məşqçisi (U-15) Həlim Fıçıcı verib.

O bildirib ki, Azərbaycan futbolunda psixoloji hazırlıqla bağlı problem var. Komandalar 1 və ya 2 qol buraxdıqdan sonra “sınırlar”. Bunun aradan qaldırılması üçün də komandaya psixoloq cəlb olunacaq.

Fıçıcı iniyədək psixoloqun olmamağını belə izah edib: “Uşaq əvvəl iməkləyir, sonra yeriyir, ardından qaçmağa başlayır. Biz də birdən-birə qaçmağa başlaya bilməzdik. Psixoloq məsələsi gələn ildən həll olunacaq”.

Xəbər 1217 dəfə oxundu.