Novruz Əzimov "Bakı"nın baş məşqçisidir
"Bakı" futbol klubunda baş məşqçi təyinatı gerçəkləşib. İdman.com.az saytının məlumatına görə, komandanın prezidenti Hafiz Məmmədov müvafiq əmr imzalayıb.

Baş məşqçi əvəzi Novruz Əzimov rəsmən bu postda təsdiqlənib. Dünəndən etibarən yerli mütəxəssis "Bakı"nın baş məşqçisi vəzifəsinə təyin olunub. O, təyinatına belə münasibət bildirib:

""Bakı" kimi klubda belə bir vəzifəyə təyin olunmağım mənim üçün tarixi hadisədir. Dərk edirəm ki, mənə klub rəhbərliyi tərəfindən böyük etimad göstərilib. Buna görə klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm.

"Bakı" böyük klubdur, bunu nəticələrimizlə sübut etməliyik. Bu gündən ikiqat qüvvə ilə əlimdən gələni əsirgəməyəcəm ki, "Bakı" hər zaman layiq olduğu mövqelərə yüksəlsin. Əminəm ki, futbolçular, klub personalı və rəhbərliklə birgə qarşıda duran vəzifələrin həllinə nail ola biləcəyik".

Xəbər 989 dəfə oxundu.