Azərbaycan hakimi Fikrət Axundov CEV tərəfindən yeni təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz kişi voleybolçular arasında CEV kuboku yarışlarında mübarizə aparan Xorvatiyanın “Mladost Ribola” və İtaliyanın “Allianz” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu danimarkalı baş hakim Ellen Mari Burheim idarə edəcək.

Turnirin 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş yanvarın 29-da Xorvatiyanın Kaştel Stari şəhərində təşkil olunacaq.

Xəbər 691 dəfə oxundu.