"Qəbələ" yenə "Vilyarreal"la bacarmadı
I Qəbələ kuboku başa çatmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, son oyun gününün açılış matçlarında "Qəbələ" - "Vilyarreal" 5-6-cı yerlərin sahibini, "Qarabağ"-"Feyenoord" 7-8-ci yerlərin sahibini müəyyənləşdirmək üçün qarşılaşdılar.

Meydan sahibi ispanlarla ilk hissədə başabaş mübarizə aparsa da, ikinci hissədə qonaqlara müqavimət göstərə bilmədi və 1:4 hesabilə məğlub olaraq turniri 6-cı yerdə yekunlaşdırdı. "Qarabağ" "Feyenoord"a 5:0 hesabilə yenilməklə turniri sonuncu - 8-ci yerdə tamamladı.


Xəbər 894 dəfə oxundu.