Əliyev Natiq Avil oğlu
Natiq Avıl oğlu Əliyev 26 avqust 1964-cü ildə anadan olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir. “Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi“ elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür, Gənclər və İdman Nazirliyi Antidopinq Komitəsinin sədridir. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

2003-cü ildə “Hərbi xidmətlərə görə“ medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)“ yubiley medalı, “Qüsursuz xidmətə görə“ 3-cü dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edilib.

O həmçinin Beynəlxalq Hərbi İdman Şurası tərəfindən 1-ci və 2-ci dərəcəli "Grand Officer" medallarıyla təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

General-mayor N.Əliyev 1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, 2012–2020-ci illərdə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrində işləyib. Hal-hazırda Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.

Xəbər 750 dəfə oxundu.